Tramp: “Rusiya-Ukrayna əsir mübadiləsi tezliklə həyata keçiriləcək"

Tarix: 21:16 23.05.2025
ABŞ prezidenti Donald Tramp İstanbulda qərara alınan məhbus mübadiləsi prosesi ilə bağlı "Rusiya ilə Ukrayna arasında böyük bir məhbus mübadiləsi tamamlandı. Qısa zamanda həyata keçiriləcək",- ifadələrdən istifadə etdi.
Tramp Truth Social platformasında mövzu ilə bağlı paylaşım edib.
"Rusiya ilə Ukrayna arasında böyük məhbus mübadiləsi başa çatıb. Bu, yaxın vaxtlarda həyata keçiriləcək",-Tramp Rusiya və Ukraynanı danışıqlara görə təbrik edib.
Trump, məhbusların dəyişdirilməsinin daha geniş inkişaflara səbəb ola biləcəyinə işarə etdi.
İstanbul sülh danışıqları zamanı xarici işlər naziri Hakan Fidanın başçılıq etdiyi və Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalının da olduğu Türkiyə nümayəndə heyəti İstanbula gərgin atmosferdə gələn Rusiya və Ukrayna nümayəndə heyətləri, eləcə də ABŞ rəsmiləri ilə intensiv danışıqlar aparıb.
Türkiyə tərəfi Rusiya və Ukrayna nümayəndə heyətlərinin danışıqlar prosesində irəliləyiş əldə etməsini təmin edərək, məhbus mübadiləsi razılaşmasının əldə olunmasında əsas rol oynayıb.
Mənbə: TRT Haber
Xədicə Məhərrəmli