Rusiya: Ukrayna ilə danışıqların ikinci turu keçiriləcək

Bölmə: Dünya › ,
Tarix: 21:34 23.05.2025

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, Ukrayna ilə danışıqlardan yana olduqlarını və ikinci turun keçiriləcəyini bildirərək, “Onlar bunu təsdiqləyiblər. Bu, müsbət bir inkişafdır”,- deyib.

 

Lavrov, paytaxt Moskvada təşkil olunan konfransda gündəmdəki məsələləri dəyərləndirib.

 

Rusiyanın Ukrayna ilə danışıqlara hər zaman açıq olduğunu vurğulayan Lavrov, bu danışıqların Ukrayna böhranının əsas səbəblərinin aradan qaldırılmasına yönəlməli olduğunu qeyd edib.

 

Gələcək danışıqların harada və nə vaxt keçiriləcəyinə dair sualı cavablandıran Lavrov, “Biz danışıqlardan yanayıq, ikinci tur  keçiriləcək. Onlar bunu təsdiqləyiblər. Bu, müsbət bir inkişafdır, lakin tarix hələ müəyyən olunmayıb”,- deyə cavab verib.

 

 

TRT Xəbər 

Nuray Əliyeva