Almaniyada vağzalda bıçaqlı hücum: 12 yaralı var

Tarix: 22:26 23.05.2025
Almaniyanın Hamburq şəhərində dəmiryol vağzalında bıçaqlı hücum olub.
"İnformator.az" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Almaniya Federal Polisi hadisədə şübhəli bilinən qadını saxlayıb. Bıçaqlı hücum nəticəsində 12 nəfər yaralanıb.