Zelenski və Putinin görüşü üzərində işləyirik -Sibiqa

Bölmə: Dünya › ,
Tarix: 22:32 23.05.2025

"Ukrayna və Rusiya prezidentləri Vladimir Zelenski və Vladimir Putinin görüşü üzərində işləyirik".

 

"İnformator.az" xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa deyib.

 

“Üzərində işlədiyimiz prezidentlər səviyyəsində görüşdür. Hesab edirik ki, bu görüş genişləndirilmiş formatda ola biləcək”, - A.Sibiqa bildirib.

 

O qeyd edib ki, Ukrayna ABŞ Prezidenti Donald Trampın da görüşdə iştirak etməsini çox istərdi.