Tramp siyasətə "yenilik" gətirib

Bölmə: Dünya › ,
Tarix: 09:02 24.05.2025

ABŞ Prezidenti Donald Tramp ictimai diplomatiyaya yeni – “alçaldıcı teleşou” modelini gətirib.

 

“İnformator.az” “Axar.az”a istinadən xəbər verir ki, bu barədə “Faynənşl Tayms”da yayımlanan məqalədə deyilir.

 

Bildirilib ki, söhbət xarici liderlərin Ağ Evə dəvət edilməsi təcrübəsindən, ardınca isə danışıqlar zamanı ictimai təzyiq və manipulyasiyadan gedir.


Belə ki, belə bir şounun obyekti Cənubi Afrika prezidenti Siril Ramafosa olub. O, iqtisadi məsələləri müzakirə etmək üçün Vaşinqtona gəlib, amma bunun əvəzinə nümayişkəranə təhqirə məruz qalıb. Tramp Cənubi Afrikada ağ fermerlərin kütləvi şəkildə öldürülməsi ilə bağlı uzun müddətdir təkzib edilən iddialara diqqət yetirərək, Ramafosanı Oval Ofisdə şübhəli məzmunlu videolara baxmağa məcbur edib.