Rusiya-Ukrayna müharibəsi bu tarixdə bitəcək

Tarix: 09:03 24.05.2025
Rusiya və Ukrayna arasında müharibə son mərhələsinə çatmaqdadır. 2025-ci ilin ortalarına qədər müvəqqəti atəşkəs mümkün görünür.
“İnformator.az” “Axar.az”a istinadən xəbər verir ki, bu barədə "JPMorgan Chase" Geosiyasi Mərkəzinin analitiklərinin araşdırmasında deyilir.
Qeyd edilir ki, münaqişə tərəflərin güzəştə getməyə hazır ola biləcəyi mərhələyə daxil olub.
Mütəxəssislərin fikrincə, indiki irəliləyiş tempi ilə Rusiya qüvvələrinə Ukraynanın bütün ərazisini ələ keçirmək üçün bir əsrdən çox (təxminən 118 il) vaxt lazımdır.