Rusiyanın hərbi zavoduna zərbə endirildiyi təsdiqlənib

Tarix: 09:04 24.05.2025
Ukrayna hərbçiləri Rusiyanın Lipetsk vilayətinin Yelets şəhərində yerləşən “Energiya” zavoduna zərbə endiriblər. Zavod Rusiyanın raketləri, bombaları və xüsusi texnikası üçün detallar istehsal edir.
“İnformator.az” “Axar.az”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, zərbənin hədəfə dəydiyi təsdiqlənib, ard-arda partlayışlar qeydə alınıb və müəssisənin ərazisində yanğın başlayıb.Ukrayna Baş Qərargahı bildirib ki, “Energiya” ASC-nin fəaliyyətinin dayanması Rusiyanın bəzi hərbi texnikaları və döyüş vasitələrini vacib enerji mənbələrindən məhrum edə bilər.