Tovuzda avtomobil təmir sexinə çırpılıb

Bölmə: Hadisə › ,
Tarix: 22:10 24.05.2025

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

 

"İnformator.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

 

İlkin məlumata görə, KİA markalı minik avtomobili “VAZ 2106” markalı avtomobillə toqquşub. Hadisə zamanı “VAZ 2106” yol kənarında dayanan “VAZ 21011”ə,  daha sonra avtomobil təmiri sexinə çırpılıb.

 

Məlumata görə qəza nəticəsində xəsarət alanlar var. 

Faktla bağlı araşdırma başlanılıb.