Maşında partlayış olub: xəsarət alanlar var

Tarix: 10:41 26.05.2025
Yevlaxda minik maşınında baş verən partlayış zamanı 2 nəfər xəsarət alıb.
"İnformator.az" Teleqraf-a istinadən xəbər verir ki, hadisə zamanı "Mitsubişi" markalı avtomobilin sürücüsü Raquf Əvəz oğlu Əliyev və avtomobildə olan Akif Şiraslan oğlu Əsədov yanıq xəsarətləri alıblar.
Avtomobilə ciddi ziyan dəyib. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.