Fənərbaxça Beko ikinci dəfə Avropa çempionu olub

Tarix: 21:33 26.05.2025
Avropanın aparıcı basketbol turniri olan Turkish Airlines EuroLeague-in final qarşılaşmasında Fənərbaxça Beko Monakonu məğlub edərək Avropa çempionu olub. Əbu-Dabidə keçirilən oyunu 81-70 hesabı ilə qazanan sarı-lacivərdlilər tarixlərində ikinci dəfə EuroLeague çempionu oldular. Fənərbaxça sonuncu dəfə 2016-17 mövsümündə bu titulu qazanıb.
Fransa təmsilçilərinin 32 illik final həsrətinə son qoyan Monako, ilk hissəni Fənərbaxça qarşısında 20-18 öndə başa vurub. Lakin növbəti üç periodda Fənərbaxça fərqi artırıb və oyunu 11 xal fərqlə qazanıb. Sarı-lacivərdli komandanın kapitanlarından Melih Mahmutoğlu kuboku jest edərək Marko Guduriçə verib və kubok serb basketbolçunun əllərində yüksəlib.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yerləşən Etihad Arenada keçirilən final matçında tribunalarda yer qalmayıb. Arenanın böyük hissəsini Fənərbaxça azarkeşləri doldurub.
BBC News
Fatimə Heydərova