Tramp: Məhkəmədə rüsumların ləğvi prezidentin səlahiyyətlərini poza bilər

Bölmə: Dünya › ,
Tarix: 09:25 30.05.2025

 

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, onun administrasiyasının məhkəmə yolu ilə tətbiq etdiyi idxal rüsumlarının ləğvi dövlət başçısının səlahiyyətlərinə xələl gətirmək təhlükəsi yaradacaq.

 

"İnformator.az" "Report"a istinadən  xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri paylaşımı “Truth” sosial şəbəkəsindəki səhifəsində edib.

 

Tramp daha əvvəl rüsumları bloklayan ABŞ-nin Beynəlxalq Ticarət üzrə Federal Məhkəməsinin hökmünü “səhv və dərin siyasi” adlandıraraq, hakimləri sərt tənqid edib.