Almaniyada 32 ildir dinməyən ağrı: Zolingen faciəsi

Bölmə: Dünya › ,
Tarix: 22:33 28.05.2025

Almaniyanın Zolingen şəhərində 1993-cü il mayın 29-da irqçilər vasitəsilə evləri yandırılan Genç ailəsindən 5 nəfərin həyatını itirməsinin üzərindən 32 il keçib.

 

Dörd irqçi hücumçunun yandırdığı evdən xilas olmağı bacaran, lakin baş verən yanğında iki qızını, iki bacısını və bacısı qızını itirən 61 yaşlı Kamil Genç, yanan evin qarşısında etdiyi açıqlamada acılarının hələ də ilk günkü kimi təzə olduğunu söyləyib.

 


Həmin dövrdə taksi sürücüsü kimi çalışan Genç bildirib:
“O günlər bizim üçün çox ağır idi, bu ağrını hələ də yaşayırıq. Həmin günlər gözlərimin önünə gəlir. İçimizdə bir nisgil var, yeri gəldikdə ağlayırıq. Allah heç kimə belə bir ağrı yaşatmasın”.

 

Genç, o dövrdə yandırılan evlərini sökdüklərinə görə peşman olduqlarını və həmin yerə bir muzeyin tikilməsini istədiklərini bildirib. O, 30 oktyabr 2022-ci ildə vəfat edən anası Mevlüde Gençin vəsiyyətinə əsasən yeni bir dərnək qurduqlarını və bu ilki anım mərasimini dərnək olaraq özlərinin təşkil etdiklərini qeyd edib.

 

Son illərdə anım mərasimlərinə qatılanların sayının azaldığına diqqət çəkən Genç, hər kəsi 29 may tarixindəki anım mərasiminə dəvət edib:
“Anım mərasiminə geniş iştirak olsa, almanlar bizim hələ də bir vəhdət olduğumuzu anlayarlar. Təbii ki, nazirlər, səfirlər, konsullar da gələcəklər. Daha sonra burada kiçik bir ikramımız olacaq”.


TRT Xəbər
Nuray Əliyeva