"Bizim İsrailə xüsusi rəğbətimiz var"-General

Tarix: 23:47 29.05.2025
"Bizim İsrailə xüsusi rəğbətimiz var".
"İnformator.az" xəbər verir ki, bu sözləri müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev BBC-nin İsrail və Azərbaycanın strateji müttəfiqliyi ilə bağlı hazırladığı xüsusi video-süjetdə bildirib.
Baş Qərargah rəisi İsraillə Azərbaycan münasibətlərini belə şərh edib:
"İsrail bizə dost ölkədir. Bizim İsrailə xüsusi rəğbətimiz var. Bir də ki, İsraillə xüsusi münasibətimiz var".
Video-süjetdə Azərbaycan İsrail münasibətlərinin tarixinə toxunulub və münasibətlərin bu günkü mənzərəsi, strateji müttəfiqliyin müxtəlif çalarları, hər iki ölkə və region üçün əhəmiyyəti təhlil olunub.