Kreml: Növbəti Rusiya–Ukrayna danışıqları İstanbulda keçirilə bilər

Bölmə: Dünya › ,
Tarix: 22:37 28.05.2025

Kreml sözçüsü Dmitri Peskov, Rusiya ilə Ukrayna arasında keçirilməsi gözlənilən növbəti danışıqlar mərhələsinin məkanı kimi İstanbulun nəzərdən keçirildiyini bildirib.

 

Peskov bu barədə paytaxt Moskvada jurnalistlərə verdiyi açıqlamada danışıb.

 

Rusiyanın Ukrayna ilə keçirilməsi planlaşdırılan yeni danışıqlar üçün hansı məkanı üstün tutduğuna dair suala cavab verən Peskov deyib:

"Heç olmasa ilk danışıqların keçirildiyi yer. Qalanı isə ortaq razılaşmadan asılıdır".

 

İstanbulun danışıqlar üçün nəzərdən keçirilib-keçirilmədiyi ilə bağlı sualı cavablandıran Peskov “Əlbəttə” ifadəsini işlədib.

 

Almaniya kansleri Fridrix Mersin Ukraynaya verilən silahlarla bağlı məsafə məhdudiyyətlərinin aradan qaldırıldığına dair açıqlamasına münasibət bildirən Peskov deyib:

 

“Bu, müharibəni daha da alovlandırmaqdan, ukraynalıları daha çox döyüşməyə məcbur etmək cəhdlərindən və sülh prosesinin məcrasına qayıtmaq səylərinə mane olmaqdan başqa bir şey deyil”.

 

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında təxminən üç illik fasilədən sonra ilk danışıqlar 16 may tarixində Türkiyənin ev sahibliyində İstanbulda baş tutub.

 

 

TRT Xəbər 

Nuray Əliyeva