“Ukrayna 2026-cı ilə qədər döyüşmək istəmir” -Zelenski

Bölmə: Dünya › ,
Tarix: 22:39 28.05.2025

“Ukrayna daha bir il döyüşə bilməyəcək, ona görə də Kiyev münaqişənin 2026-cı ilə qədər bitəcəyini gözləyir”.

 

“İnformator.az” “Strana.ua” nəşrinə istinadən xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski bildirib.

 

“Ukrayna daha bir il döyüşmək istəmir, bu, bizim üçün çox uzundur”, - Zelenski əlavə edib.

Eyni zamanda o, 2026-cı ilin yayına kimi sanksiyaların mənfi təsirinin Rusiyaya da təsir etməyə başlayacağına əminliyini ifadə edib.