Yaponiyada süni intellekt qanunu qəbul olunub

Bölmə: Dünya › ,
Tarix: 22:39 28.05.2025

Yaponiyada süni intellekt texnologiyasının inkişafını və bu texnologiyanın yaratdığı riskləri nəzərə almağı hədəfləyən yeni bir qanunun qəbul edildiyi bildirilib.

 

Yaponiya parlamenti süni intellektə dair tənzimləmələri əhatə edən qanun layihəsini təsdiqləyib. Sözügedən qanun layihəsi iqtidarda olan Liberal Demokrat Partiyası (LDP) ilə müxalifətdəki Konstitusiya Demokrat Partiyası və Nippon İshin no Kai partiyalarının dəstəyi ilə parlamentin yuxarı palatası olan Müşavirlər Palatasından keçib.

 

Yeni qanun, vətəndaşların hüquq və mənafelərini pozan ciddi bir hadisə baş verdiyi halda, hökumətə aidiyyəti olan müəssisələri araşdırmaq, xəbərdarlıq etmək, məlumatlandırmaq və digər zəruri tədbirləri görmək səlahiyyəti verir. 

 

Texnoloji tərəqqini ləngitməmək məqsədilə bu qanun yeni cinayət cəzaları nəzərdə tutmur, lakin pozuntu halında mövcud qanunların tətbiq olunmasını önə çəkir.

 

 

Haber Global

Nuray Əliyeva