"Şəhərin İqtisadiyyatı"nın 6-cı dayanacağı Ankaradır...

Tarix: 22:54 28.05.2025
Turkuvaz Media yerli iqtisadiyyatların nəbzini tutmağa davam edir.
Ankarada “A Haber”in təşkil etdiyi 6-cı “Şəhər İqtisadiyyatı” tədbiri keçirilib. Paytaxtın iqtisadiyyatını araşdıran proqram şəhərin aparıcı simalarını bir araya toplayıb. Markalaşma yolunda sürətlə irəliləyən A Haberin 'Şəhər İqtisadiyyatı' tədbiri Mersin, Kayseri, Qaziantep, Adana və Konyadan sonra Ankaranın nəbzini tutub.
Sincan Bələdiyyəsinin Lalə Konfrans Salonunda keçirilən nəhəng təşkilata Ankara valisi Vasip Şahin, Sincan Bələdiyyə Başçısı Murat Ercan, Ankara Sənaye Palatası (ASO) sədri Seyit Ardıç, Ankara Ticarət Palatası (ATO) sədri Gürsel Baran və şəhərin bir çox tanınmış iş adamları qatılıb.
Mənbə: A Haber
Çimnaz Telmanqızı