Minifutbol üzrə dünya çempionatı: 1/4 finalın bütün cütləri müəyyənləşib

Tarix: 23:33 28.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib.
"İnformator.az" xəbər verir ki, bu gün Milli Gimnastika Arenasında baş tutan qarşılaşmalarda daha 4 komanda 1/4 finala vəsiqə qazanıb.
Monteneqro Polşa üzərində qələbə qazanaraq növbəti mərhələyə adlayıb. Tailand isə Bosniya və Herseqovina ilə matçda hesabı açmasına baxmayaraq, sonradan 3 qol buraxaraq mübarizəni dayandırmalı olub. İsrail Çexiyaya böyük hesabla uduzub - 0:4. 1/8 final mərhələsinin son matçında Gürcüstan millisi Serbiyaya 3:2 hesabı ilə məğlub olub.
Dünya çempionatı
1/4 final
Macarıstan - Mavritaniya;
Monteneqro - Çexiya;
İngiltərə - Azərbaycan;
Bosniya və Herseqovina - Serbiya.
Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları sabah baş tutacaq.