"Trampa müharibə ilə bağlı yanlış məlumat verilir"-Peskov

Bölmə: Dünya › ,
Tarix: 23:48 28.05.2025

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında gedən müharibədə baş verənlər barədə kifayət qədər məlumatlı deyil.

 

"İnformator.az" xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib.

 

Peskov bildirib ki, Rusiyanın özünün milli maraqları var və bu maraqlar onun üçün birinci dərəcəli əhəmiyyət kəsb edir.

O vurğulayıb ki, Amerika tərəfi, o cümlədən prezident Tramp Ukraynada sülhün əldə olunması üçün böyük səylər göstərir:

 

“Biz bir daha təkrar edirik ki, şəxsən prezident Trampın vasitəçilik səylərinə görə minnətdarıq”.