Nazirlikdən qar uçqunu ilə bağlı-MÜRACİƏT

Tarix: 16:58 29.05.2025
Fövqəladə Hallar Nazirliyi (FHN) qar uçqunu təhlükəsi ilə əlaqədar xəbərdarlıq edib.
“İnformator.az” xəbər verir ki, müraciətdə deyilir:
“Temperaturun yüksəlməsi fonunda iyun ayının 3-nə kimi yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı mövcuddur.
Bununla əlaqədar nazirlik vətəndaşları göstərilən müddətdə yüksək dağlıq ərazilərə səfərlərdən çəkinməyə, belə bir zərurət yarandıqda isə müvafiq təhlükəsizlik qaydalarına əməl etməyə, o cümlədən qar uçqunu ehtimalı olan yerlərdən, habelə dik yamaclardan kənar gəzməyə çağırır.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!”