İsrail hərbi birləşmələrinə hücum

Tarix: 19:13 07.07.2025
HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Tugayları, Qəzzanın Xan Yunis şəhərində İsrail əsgərləri və yaşayış məntəqələrinə hücum etdiyini bildirib. İsrail ordusu isə Qəzzadan atılan bir raketin onun ərazisinə düşdüyünü, lakin insan tələfatının olmadığını açıqlayıb.
HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Tugayları, Qəzzanın cənubunda yerləşən Xan Yunis şəhərində İsrail əsgərlərini və Qəzza sərhədindəki yaşayış məntəqələrini hədəf aldığını bəyan edib.
HƏMAS İsrail ordusuna məxsus hədəflərə hücum təşkil edib. Qəssam Tugaylarının yaydığı yazılı açıqlamada bildirilir ki, Xan Yunisin şimalında yerləşən Əs-Sətr və Qarara bölgələrində İsrail hərbi birləşmələri minaatanlarla atəşə tutulub.
İsrail ordusunun açıqlamasına görə, Qəzzədən atılan bir raket İsrail ərazisinə düşüb, lakin hadisə nəticəsində insan tələfatı qeydə alınmayıb. İsrailin “Kanal 12” televiziya kanalı isə raketin yaşayış məntəqəsində maddi ziyana səbəb olduğunu bildirib.
Haberler.com
Aygün Babayeva