ABŞ məhkəməsi Trampın tarif qərarlarını ləğv edib

Bölmə: Dünya › ,
Tarix: 17:01 29.05.2025

 

ABŞ Beynəlxalq Ticarət Məhkəməsi Prezident Donald Trampın digər ölkələrə tətbiq etdiyi tariflərlə bağlı səlahiyyətini aşdığını hökm edərək, bu tarifələrin tətbiqinin qarşısını almaq qərarı verib. Tramp administrasiyası isə bu qərara etiraz edərək hüquqi mübarizəyə başlayıb. Məhkəmənin qərarı qlobal bazarlarda rahatlama yaradıb.

 

ABŞ Prezidenti Trampın digər ölkələrdən idxal olunan mallara tətbiq etdiyi gömrük rüsumları ilə bağlı bəzi özəl şirkətlər və ştatlar tərəfindən hökumətə qarşı açılan məhkəmə işində qərar elan olunub. Qərarda, qarşılıqlılıq prinsipinə əsaslanan tariflərin idxalı gömrük rüsumları vasitəsilə tənzimləmək məqsədilə tətbiq olunmasının Beynəlxalq Təcili İqtisadi Səlahiyyətlər Aktı (IEEPA) çərçivəsində Prezidentə verilən səlahiyyətləri aşdığı qeyd olunub.

 

Gömrük rüsumlarının ABŞ-də Konqres tərəfindən təsdiqlənməsi tələb olunduğu halda, prezident Tramp “milli fövqəladə vəziyyət” adlandırdığı ticarət kəsirlərini aradan qaldırmaq üçün hərəkətə keçmək səlahiyyətinə sahib olduğunu bildirib və 2 aprel tarixində dünyanın bir çox ölkəsinə gömrük tarifləri tətbiq edib.

 

Daha sonra ABŞ hökuməti “90 günlük təxirəsalınma qərarı” verərək bu müddət ərzində Çinlə razılığa gəlib və ilkin mərhələdə 100%-i aşan tariflər qarşılıqlı şəkildə azaldılıb.

 

Son olaraq Tramp, Avropa İttifaqı üçün də 50%-lik tarifdən danışıb və 9 iyul tarixini göstəribdir. Aİ tərəfi isə bu məsələ ilə bağlı “danışıqlara başlamaq” qərarı veribdir.

 

Haberler.com

Aygün Babayeva