Rusiyadan İstanbul açıqlaması: Hər sahədə əsas platforma

Bölmə: Dünya › ,
Tarix: 17:47 29.05.2025

Rusiyadan İstanbul açıqlaması: Hər sahədə əsas platforma Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu cümə axşamı bildirib ki, Türkiyənin meqapolisi İstanbul Moskva və Kiyev arasında danışıqlar üçün "əsas platforma" olub.

 

Bu ayın əvvəlində iki ölkə son üç ildə ilk birbaşa danışıqlarını İstanbulda keçirib. TASS dövlət xəbər agentliyinin məlumatına görə, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişlə görüşündə bunları deyib: “İstanbul platforması Qara dəniz, Qara dəniz konsensusu, taxıl sazişi və indi də Rusiya-Ukrayna danışıqları ilə bağlı bütün sahələrdə danışıqlar üçün əsas platformaya çevrilir”. 

 

Mənbə: A Haber

Çimnaz Telmanqızı