Elon Mask Trampla yollarını ayırıb

Bölmə: Dünya › ,
Tarix: 19:28 29.05.2025

ABŞ Prezidenti Donald Tramp və Elon Mask arasındakı sıx əməkdaşlıq artan gərginlik, maraqların toqquşması və pərdə arxasındakı siyasi məyusluqlar nəticəsində ciddi şəkildə pozulub. 

 

ABŞ Prezidenti Donald Trampın ikinci dövründə federal xərcləri azaltmaq tapşırığı alan Elon Mask Vaşinqtondakı vəzifəsini rəsmən tərk etdiyini açıqlayıb. Milyarder iş adamı səlahiyyət müddətinin sona çatdığını ifadə edərək, sosial media platforması X-də verdiyi açıqlamada:

“Mənə israfçı xərcləri azaltmaq imkanı verdiyi üçün Prezident Trampa təşəkkür edirəm”,-deyib.

 

Mənbə: a haber
Zəhra Möhübbətova