Leyen Avropanın lideri seçilib

Bölmə: Dünya › ,
Tarix: 19:46 29.05.2025

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyenə “Karl” beynəlxalq mükafatı təqdim edilib. O, Avropanın lideri və dünyada Avropanın güclü səsi kimi bu mükafata layiq görülüb.

 

"İnformator.az" xəbər verir ki, Almaniyanın Aaxen şəhərində keçirilən təqdimat mərasimində 700-dək nüfuzlu qonaq, o cümlədən Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta, Almaniyanın kansleri Fridrix Mertz, İspaniya Kralı V Felipe iştirak ediblər.

 

U.Leyen çıxışında dünyadakı böhranlar fonunda Avropanın müstəqilliyinin daha da möhkəmləndirilməsinin vacibliyinə diqqət çəkib.


“Avropanın yenidən ayağa qalxmasının və növbəti böyük Avropa layihəsini həyata keçirməsinin vaxtı çatıb”.

 

Son dövrlərdə artan geosiyasi gərginliklərə də toxunan U.Lyayen dünyanın yenidən imperialist iddiaları və müharibələrlə xarakterizə olunduğunu vurğulayıb.