"Barselona"ya keçmək üçün maaşını azaltmağa hazırdır

Tarix: 20:39 29.05.2025
"Mançester Yunayted"in hücumçusu Markus Reşford yay transfer pəncərəsində klubu dəyişmək fikrindədir.
"İnformator.az" bildirir ki, “Diario Sport” xəbərinə görə, ingilis “Barselona”ya keçməyi hədəfləyir.
Qeyd olunur ki, Kataloniya klubunun idman direktoru Dekonun futbolçunun nümayəndələri ilə görüşündən sonra transfer ehtimalı xeyli artıb. Reşford əhəmiyyətli maliyyə güzəştlərinə getməyə hazırdır - xüsusən də maaşın azaldılmasına razıdır və kataloniyalıların istənilən şərtlərini, hətta oyun praktikası zəmanəti olmadan da qəbul edir.