Kəlbəcər sakini Goranboyda minaya düşüb- YENİLƏNİB

Bölmə: Hadisə › ,
Tarix: 14:23 31.05.2025

Goranboyda 45 yaşlı kişi minaya düşüb.

 

“İnformator.az”  xəbər verir ki, hadisə rayonun Qaraçinar kəndinin yaxınlğında, Baranbat meşəsi ərazisində qeydə alınıb.

 

Belə ki, Kəlbəcər rayon sakini 1980-ci il təvəllüdlü Q. Abbasov mina partlaması nəticəsində ağır xəsarət alıb. O, xəstəxanaya aparılıb.


Məlumata görə, Q. Abbasov meşə ərazisində mal-qara otaran zaman minaya düşüb.


Faktla bağlı araşdırma aparılır.

 

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri Goranboyda baş verən mina hadisəsi ilə bağlı birgə məlumat yayıb.

 

"İnformator.az" xəbər verir ki, məlumatda Goranboy rayonunun Yenikənd kəndi ərazisində 2025-ci il 31 may tarixində mina hadisəsinin baş verdiyi qeyd olunur:

 

"Goranboy rayon Qaraçinar kənd sakini 1980-ci il təvəllüdlü Qalib Kamran oğlu Abbasov keçmiş təmas xəttində minalardan təmizlənməmiş Goranboy rayonu Yenikənd kəndi ərazisində mal-qara otararkən minaya düşərək xəsarət alıb. Xəsarət alan şəxsin sol ayağı dizdən aşağı amputasiya edilib.

 

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

 

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!"