Rus ordusu Ukraynada hərbi məktəbi vurub: 12 ölü, 60 yaralı...

Bölmə: Dünya › ,
Tarix: 14:43 01.06.2025

Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının təhsil müəssisəsinə zərbələr endirib. Təəssüf ki, ölən və yaralananlar var.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Quru Qoşunları məlumat yayıb.


“Heç bir birləşmə və şəxsi heyətin kütləvi toplantısı keçirilməyib. Hava hücumu siqnalının səslənməsindən sonra şəxsi heyətin əksəriyyəti sığınacaqlarda olub. Hərbi qulluqçuların ölümü və yaralanmasının vəzifəli şəxslərin məsuliyyətsizliyi nəticəsində baş verməsi müəyyən edilərsə, təqsirkar şəxslər ciddi məsuliyyətə cəlb olunacaqlar”, - məlumatda qeyd olunub.

 

Ukrayna Teleqram kanallarının məlumatına görə, zərbə nəticəsində 12 nəfər həlak olub, 60 nəfər yaralanıb.