Ukrayna Krasnodon şəhərini vurub

Tarix: 19:02 01.06.2025
Ukrayna qüvvələri Luqanskın Krasnodon şəhərindəki sənaye zonasına Fransanın “Storm Shadow” hava raketləri ilə zərbə endirib.
"İnformator.az" xəbər verir ki, bu barədə regionun rəhbəri Leonid Paseçnik deyib.
O bildirib ki, şəxsi və yaşayış binalarına ziyan dəyib, yaralılar var.
Paseçnik qeyd edib ki, hadisə yerinə aidiyyatı qurumlar cəlb olunub.