Bütün diqqətlər İstanbul görüşündədir

Tarix: 18:27 02.06.2025
May ayında üç ildən sonra Rusiya-Ukrayna müharibəsinin tərəflərini eyni masada bir araya gətirən Türkiyə bu gün yenidən İstanbulda danışıqlara ev sahibliyi edəcək.
Türkiyə-Rusiya-Ukrayna nümayəndə heyətləri arasında görüşün xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə saat 13:00-da başlaması planlaşdırılır. Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə, Türkiyə-Rusiya-Ukrayna Üçtərəfli Görüşünün saat 13:00-da başlaması gözlənilir.
Nazir Fidanın sədrliyi ilə keçiriləcək toplantıya Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalının da qatılacağı gözlənilir. İclasda iştirak edəcək Rusiya nümayəndə heyətinə prezident Vladimir Putinin müşaviri Vladimir Medinski, xarici işlər nazirinin müavini Mixail Qaluzin, müdafiə nazirinin müavini Aleksandr Fomin və Baş Qərargah Baş İdarəsinin rəisi İqor Kostyukov daxildir. Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rustem Umerov, Ukrayna xarici işlər nazirinin müavini Sergiy Kislytsya, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) rəhbərinin müavini Aleksandr Poklad və Xarici Kəşfiyyat Xidməti rəhbərinin müavini Oleh Luxovski daxildir.
Trt haber
Asiman Vəliyeva