Hindistanda daşqın və torpaq sürüşməsi onlarla insanın həyatına son qoyub

Bölmə: Dünya › ,
Tarix: 17:29 02.06.2025

Hindistanın şimal-şərqində daşqın və torpaq sürüşmələri nəticəsində azı 34 nəfər ölüb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Hindistanın NDTV telekanalı məlumat verib.

 

Tripurada daşqınlardan 10 mindən çox insanın zərər çəkdiyi bildirilir.

 

Həmçinin Assamda daşqınlar 19 rayonda 764 kəndə zərər verib. Bramhaputra çayında, eləcə də digər beş çayda suyun səviyyəsi təhlükəli həddi keçib.

 

Bundan əlavə, 10 mindən çox insan yardım düşərgələrinə yerləşdirilib.