Biz Ukraynanın sülh haqqında memorandumunu aldıq-Rusiya

Bölmə: Dünya › ,
Tarix: 18:16 02.06.2025

Rusiya prezidenti Vladimir Putinin müşaviri və İstanbuldakı danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski həll yolu ilə bağlı memorandum araşdırmasını Ukrayna tərəfdən aldıqlarını açıqlayıb.

 

Medinski "Russia Today"-ə verdiyi açıqlamada sənədin Ukrayna və ingilis dillərində verildiyini bildirib və əlavə edib ki, "Rusiya nümayəndə heyəti daha əvvəl Ukraynadan sülh yolu ilə nizamlanma memorandumunun variantını alıb". deyib.


Fərqli dildə olan sənədin onlar üçün problem olmadığını deyən Medinski, sənədin əsas məqamlarının Qərb mətbuatında dərc olunduğunu qeyd edib. Medinski həmçinin bildirib ki, Rusiya Ukrayna probleminin həlli ilə bağlı mövqeyini bu gün açıqlayacaq.

 

TRT haber

Ayşən Səlimova