Türkiyə ilə Suriya arasında birbaşa uçuşlar tezliklə bərpa olunacaq

Tarix: 19:05 02.06.2025
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyaya birbaşa uçuşların tezliklə başlayacağını açıqlayıb.
"İnformator.az"ın məlumatına görə, bunu Türkiyə lideri Nazirlər Kabinetinin iclasından sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, uçuşlar həm Suriyanın milli aviadaşıyıcısı, həm də Türkiyənin "AJet" aviaşirkəti tərəfindən həyata keçiriləcək.