Rusiya nümayəndə heyəti İstanbula gəlib

Bölmə: Dünya › ,
Tarix: 22:00 02.06.2025

 

Rusiya nümayəndə heyəti Rusiya və Ukrayna nümayəndə heyətləri arasında sabah keçirilməsi planlaşdırılan danışıqlar üçün İstanbula gəlib.

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüşün sabah Çırağan sarayında keçirilməsi planlaşdırılır.

Görüşlərdə iştirak edəcək Rusiya nümayəndə heyəti bu gün axşam saatlarında İstanbula gəlib.

 

Görüşlə bağlı

Ukrayna prezidenti Vladimir Zelenski  Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün keçiriləcək sülh danışıqlarında iştirak etmək üçün Ukrayna nümayəndə heyətini təyin etdiyini və müdafiə naziri Rustem Umerovun nümayəndə heyətinə başçılıq edəcəyini açıqlayıb.

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynaya iyunun 2-də İstanbulda danışıqların yeni mərhələsini təklif etdiklərini və Rusiya prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinskinin nümayəndə heyətinə başçılıq edəcəyini bildirib.

 

TRT XƏBƏR

Fatimə Şahverdiyeva