BMT-dən öldürülən fələstinlilərlə bağlı araşdırma aparmağa çağırış

Tarix: 22:04 02.06.2025
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres Qəzzada İsrailin rəhbərlik etdiyi yardım paylanması zamanı fələstinlilərin öldürülməsindən "dəhşətə düşdüyünü" bildirib və insidentin araşdırılmasına çağırıb.
Quterreş işğal altındakı Fələstin torpaqlarında son vəziyyətlə bağlı açıqlama verib.
Fələstinlilərin qida üçün həyatlarını riskə atmasının qəbuledilməz olduğunu vurğulayan Quterreş, "Dünən Qəzzada yardım axtararkən həlak olan və yaralanan fələstinlilərlə bağlı xəbərdən dəhşətə gəldim" deyib.
Baş katib humanitar yardım almağa çalışan fələstinlilərin güllələnməsi ilə bağlı dərhal və müstəqil təhqiqatın aparılmasını və günahkarların məsuliyyətə cəlb olunmasını istəyib.
İsrailin humanitar yardımı asanlaşdırmaq üçün beynəlxalq humanitar hüquq çərçivəsində açıq öhdəlikləri olduğunu xatırladan Quterreş humanitar yardımın Qəzzaya daxil olmasına və BMT-nin bu sahədə təhlükəsiz şəkildə fəaliyyət göstərməsinə çağırıb.
Quterreş əlavə edib ki, münaqişənin hərbi yolla həlli yoxdur və dərhal daimi atəşkəs çağırışını təkrarlayıb.
Qatil İsrailin “yardım paylama mexanizmidir”.
Mayın 27-dən İsrail ordusu İsrailin ABŞ-nin rəhbərlik etdiyi “Qəzzaya Humanitar Yardım Fondu”nun humanitar yardım adı altında qurduğu paylama məntəqələrinə hücumlara başlayıb. İsrail qüvvələri "bufer zonalar" adlanan ərazilərdə qurulmuş paylama məntəqələrinə axın edən mülki şəxslərə atəş açır.
İsrail ordusunun dünən Qəzza zolağında iki ayrı nöqtədə humanitar yardım almağa çalışan fələstinlilərə qarşı son hücumları 32 nəfərin ölümü, 232 nəfərin yaralanması ilə nəticələnib.
İsrail ordusu isə Qəzza zolağında yardım paylama məntəqəsində yardım gözləyən fələstinlilərə atəş açaraq onlarla insanın ölümünə səbəb olduğunu təkzib edib.
BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini “Qəzza zolağında yardımın paylanmasının ölüm tələsinə çevrildiyini” bildirib.
TRT XƏBƏR
Fatimə Şahverdiyeva