Dənizin qaranlığı mənim dünyamdır

Bölmə: Maraqlı › ,
Tarix: 15:06 17.02.2016

Əfsanə Şükürova

Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsi II kurs tələbəsi

Ən yaxın dostumdur göz yaşlarım. Axı onlar məni heç tək qoymur. Ürəyimdəki fəryadı da, acını da, fırtınanı da tək onlar duyur. Onlar mənə çox doğmadı. Bu acı onlarla çıxmazsa bəlkə də indi bu həyatda olmazdım. Mənim ən yaxın dostumdu o göz yaşları. Onları dənizə bənzədirəm. O qədər çox olur və o qədər sakit düşürlər ki yanaqlardan. Ən pisi isə odur ki, o yaşı həmişə mən tək silmişəm. Ağlama, üzülmə deyilməyib. Uşaqlıqdan belə olmuşam. Qardaşım uşaq ikən nəyə isə pis olsa maraqlanılardı, mənə isə o balaca olduğu üçün belə edirik deyilərdi. Bəli mən böyük idim. O zaman bəlkə də böyük idim. Amma indi mənim o qayğıya çox ehtiyacım var. O qədər kiçiyəm ki, içimdəki bütün acını tək çəkmək, ağlamaq məni uşaq etdi. Həmişə düşünürəm niyə mən kobud ola bilmirəm, niyə mən qırmağı bacarmayıb qırılıram. Axı niyə mən?! Axı niyə həmişə mən! Yoruldum. O qədər yoruldum ki… Kloun kimiyəm. Yalançı gülüşün əlində bir kloun.  İnsanlara gülümsəyirəm. Çünki pis olduğumu kimsə bilsin istəmirəm. Qürurmu deyim?! Yalan olar. Məndə o hiss belə yoxdu. Pis mən. Nifrəti olmayan ,kini olmayan mən. Axı sən kimsən?! Bu həyatda yeri olmayan biri. Burda sənin kimi insanlar baş etməz. Sənin ruhun başqa dünya. Sənin ruh əkizin bulunmaz demişdi bir qrup yoldaşım. Sən başqasan demişdi. Bunu deyərkən nəyi düşünürdü? Niyə mən başqa olurdum. Niyə mənim içimdə dənizin fəryadı qopduğu halda xaricdə dənizin sakitliyi əks olunurdu. Dənizin o qaranlığı var ki, orda mənim dünyam var. Orda mən varam. O qaranlığa nur saçan biri gələr. Düşünsənə sən belə gülümsəyərsən. Bu dəfə yalan deyil. Sən daxilən gülümsəyərsən. Bundan sonraya baxıb davam edək deyilər və sən bundan sonraki xoşbəxtliyi taparsan və düşünməkdən qorxarsan pis nəyisə. Və sonda nə olar? Qoy mən deyim. Yenə pis olarsan. Bilmirdin bəs, axı sənə yaxşı olmaq olmaz!!! Sən ağla... Sənə bu yaraşır deyir həyat.Tamammı? Gülmə sən Əfsanə. Adın kimi bir Əfsanə ol. Küləyi görürsən indi?! Hiss edirsən onu? Necə insanın simasına dəyir. Düşünürsənmi heç niyə hərdən sakit və niyə hərdən bu qədər sərt olur? Sakit olduqda seyr edir çünki, sərt olduğunda dözə bilməyib sərtləşir. Mən də eləyəm bax. O qədər sakit oluram ki, həyatı o qədər kənardan seyr edirəm ki. Sonra bezirəm. Yoruluram və elə sərt oluram. Amma bir fərqim var, mən o sərtliyi göstərə bilmirəm. Mənim o sərtliyim içimdəki fəryaddı. Duy onu. Axı çox çırpınır. Axı çox incidir. Bilsən necə incidir. Düşünsəz ki, mən niyə beləyəm?! Bilmirəm. Mənə kin saxlamamağı öyrədən ailəm var. Onlar öyrətdi mənə uşaqlıqda bu olmaz deyə. Atam qəddar olmamağı öyrətdi. Atam acını göz yaşınla tök demişdi dizim qanadıqda uşaq ikən. Ata mən o acını unutdum. Amma göz yaşlarım heç tək qoymadı ki. Niyə beləyəm mən?! Niyə kimsə üzüldükdə ondan daha pis oluram. Niyə axı. Nədir başqalarından fərqim?! Sakitliyimmi?!  Bilmirəm. Duyun ürəyimin titrəyişini, fəryadını. Üzməyin insanları. Qırmayın qəlbləri. Pislik etmirəm. Qorxuram. Çünki həyat bir bumeranqdır. Kimə nəyi etsək bir gün özümüzə qayıdacaq. Kiməsə pislik etsəniz nə olacaq ki, nə əldə edəcəksiz? Ürəyinizi təmiz edin. Düzdür ki, bəlkə də mənim kimi pessimist adı qazanacaqsız.  Baxın mənim xoşbəxt bir tərəfim var. Mən kinli deyiləm. Mən bağışlamağı bacarıram. Bu həqiqətən gözəldi. Ürəyinizi fərahladacaq. Düşünün, Allah bağışlayır. Biz kimik ki?! Ürəyimizə o hissi salmayaq. Biraz əvvəl ağalayaraq yazırdım. İndisə ürəyimdəki ağrı ilə düşünərək yazıram.  Fikirlərim çox  qarışıqdır. Və elə bu səbəbdən də ürəyimdəki çırpıntı da, fəryad da, fırtına da keçmir. Dəniz dalğası, fırtınası kimiyəm mən. Dənizin qaranlığıdı həyatım, küləyin sərtliyidi içimdəki fəryad, Acıların torudu o bulud və mənim dünyamdı qaranlıq. İşıq isə var. Əgər tək qoymazsa.

Sahilə çırpınan dalğalar insan ürəyinin döyüntüsünü xatırladır. Dənizin dərinliklərində bir fırtına qopur, amma biz bunu görmürük. Əslində dənizin də bir ürəyi var dərinliklərdə. O, bəzən öz sevgilisini o qədər gözləyir ki, öz qəzəbini dalğalardan, insanlardan çıxır. Amma bəzən o qədər sakit, o qeder gözəl görsənir ki,sanki öz sevgilisinin yoxluğuna alışmış olduğunu sükuta qərq olmağla bildirir. Dənizə baxdıqda özümü görürəm. Dalğalar qədər çılğın olduğumu görürəm. Ürəyimin döyüntüsünün dalğalar kimi çırpdığını, fəryadını hiss edirəm. Tufanda ise dəniz qədər qəzəbli olduğumu görürəm. O tufan sakitləşdikdə həmişəki kimi mülayim olduğumu görürəm. Dənizin dərinliklerinə baxdıqda ise içimin o qədər qaranlığ, o qədər yalnız və sevgisiz olduğumu görürəm.