"Moskva İranın nüvə məsələsindəki rəsmi mövqeyini qəbul edir"-Peskov

Tarix: 15:13 03.06.2025
Rusiya, İranın nüvə silahına sahib olmaq niyyətində olmadığına dair verdiyi rəsmi bəyanatları nəzərə alır.
Bu fikri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında səsləndirib.
“Biz ilk növbədə İran tərəfinin rəsmi bəyanatlarını nəzərə alırıq. Həmin bəyanatlarda İranın nüvə silahına sahib olmaq istəmədiyi və belə bir planının olmadığı açıq şəkildə bildirilir. Bu mövzuya münasibətdə mövqeyimiz də məhz bu yanaşmaya əsaslanır”, – deyə Peskov bildirib.
O, əlavə edib ki, Rusiya İranın nüvə məsələsinin sülh yolu ilə həllinə yönəlmiş bütün səylərini tam dəstəkləyir.
“Əlbəttə, biz İranın bu problemi dinc və diplomatik yolla həll etmək istiqamətində atdığı addımları tam dəstəkləyirik”, – deyə Kremlin nümayəndəsi vurğulayıb.
Mənbə: Caliber
Aytən Ağazadə