Matviyenko İrəvanda Paşinyanla görüşüb

Tarix: 14:35 06.06.2025
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko İrəvana səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya KİV Federasiya Şurasının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, Matviyenko ilə Paşinyan arasında Ermənistanda görüş planlaşdırılmış vaxtdan daha çox davam edib.
Danışıqlar əvvəlcə təkbətək formatda aparılıb. Sonra söhbət geniş tərkibdə davam etdirilib.