Braziliya millisi Ançelottinin rəhbərliyi altında ilk oyunda qalib gələ bilməyib

Tarix: 12:40 06.06.2025
Braziliya millisi Karlo Ançelottinin rəhbərliyi altında ilk matçına çıxıb.
"İnformator.az" "Apasport.az"a istinadən xəbər verir ki, komanda DÇ-2026-nın Cənubi Amerika üzrə seçmə mərhələsində Ekvador yığması ilə qarşılaşıb.
Matç 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, İtaliyalı mütəxəssisin rəhbərlik etdiyi kollektiv hazırda turnir cədvəlində 10 komanda arasında 22 xalla 4-cü yerdədir.