Rusiya və Ukrayna danışıqları iyunun sonunda İstanbulda keçirilə bilər

Tarix: 15:40 03.06.2025
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu iyunun sonunda İstanbulda keçirilə bilər.
“İnformator.az” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu fikri Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski bildirib.
"Məhz dayanıqlı atəşkəsə doğru bu addım üçüncü raundda əsas məsələlərdən biri olacaq. Danışıqların bu ayın sonunda yenə də İstanbulda keçiriləcəyi ehtimalı böyükdür", - o qeyd edib.