Trampdan CIA əməliyyatı əmri

Tarix: 16:02 03.06.2025
ABŞ-nin sabiq prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) Qrenlandiyada əməliyyatlara başlamağı tapşırıb. Mənbələrə görə, Tramp bu dəfə arzusunu rəsmi direktivə çevirərək bütün kəşfiyyat orqanlarına adaya üstünlük verilməsini əmr edib.
Direktivə əsasən, CIA da daxil olmaqla üç əsas quruma ABŞ-yə dəstək verəcək şəxsləri müəyyənləşdirib əməkdaşlığa cəlb etmək tapşırılıb.
Qrenlandiyanın strateji resursları və coğrafi mövqeyi ABŞ-nin maraq dairəsindədir. Tramp bu yanaşmanı 11 sentyabrdan sonra Əl Qaidəyə qarşı tətbiq olunan strategiya ilə müqayisə edir.
ABŞ-nin bu planları Çin, Rusiya və Avropa ölkələrində narahatlıq yaradıb.
Haber Global
Mahmudlu Ləman