Pezeşkian İranın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Tarix: 16:21 03.06.2025
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilunu qəbul edib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə İran Prezidentinin rəsmi saytında məlumat verilib.
Eyni zamanda, Pezeşkian İranın Çin, Fil Dişi Sahili, Meksika, Kuba və Uruqvaydakı yeni səfirlərini qəbul edib.