“Qarabağ” yatağının qaz ehtiyatlarının mənimsənilməsi gələcəyə aid məsələdir"

Bölmə: Dünya › ,
Tarix: 16:11 04.06.2025

Britaniyanın BP şirkəti “Qarabağ” yatağında neft hasilatı ilə yanaşı, perspektivdə burada aşkar edilmiş qaz ehtiyatlarının mənimsənilməsi imkanlarını nəzərdən keçirməyi planlaşdırır.

 

“İnformator.az” xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda maliyyə üzrə vitse-prezidenti Kolin Allan 30-cu Yubiley Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.

 

"Bu həftə biz "Qarabağ" layihəsinə qoşulma prosedurunu başa çatdırdığımızı elan etdik. Hazırda əsasən yatağın neft ehtiyatlarına diqqət yetirsək də, burada həmçinin qaz ehtiyatları da aşkar edilib və gələcəkdə onların işlənməsi imkanlarını nəzərdən keçirəcəyik", - o qeyd edib.