Çox ümid edirəm ki, bu xain, satqın Paşinyan…

Bölmə: Dünya › ,
Tarix: 08:30 06.06.2025

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qarşısında götürdüyü öhdəlikləri nümayişkaranə şəkildə yerinə yetirmir.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.

 

O qeyd edib ki, İrəvan Qərbə doğru yönlənmək istəyir, eyni zamanda Rusiya ilə iqtisadi əlaqələrdən faydalanmaqda davam edir:

 

"Məncə, üzvlük haqlarının ödənilməməsi Ermənistanın KTMT-də real iştirakını müzakirə etmək üçün ən mühüm səbəb deyil. Görünən odur ki, onlar KTMT çərçivəsində hər hansı əməkdaşlığı dayandırdıqları üçün nümayişkaranə şəkildə üzvlük haqlarını ödəmirlər, lakin eyni zamanda Avrasiya İttifaqında qalmaqda davam edirlər və üstəlik, onlar sübut etməyə çalışırlar ki, bütün bunlar əhalinin mövqeyidir. Mümkündür: Rusiya ilə hərbi əməkdaşlıqdan, siyasi əməkdaşlıqdan çıxmaq, Qərbə istiqamətlənmək, eyni zamanda Rusiya və Avrasiya İttifaqının digər ölkələri ilə iqtisadi əlaqələrdən faydalanmaq olar”.