Aİ 13 yeni xammal layihəsinə start verir

Tarix: 16:33 04.06.2025
Avropa Komissiyası enerji, müdafiə və aerokosmik sənayelər üçün həyati əhəmiyyət daşıyan kritik metalların və mineralların təchizatını gücləndirmək məqsədilə Avropa İttifaqı xaricində 13 yeni strateji xammal layihəsini elan edib.
Bu addım, xüsusilə Çinin nadir torpaq maqnitlərinin ixracına tətbiq etdiyi son məhdudiyyətlər fonunda atılıb. Yeni layihələr litium, kobalt, manqan və qrafit kimi vacib xammalların təminatını hədəfləyir. Bu materiallar elektrikli nəqliyyat vasitələrinin batareyaları, bərpa olunan enerji və müdafiə sənayesi üçün olduqca vacibdir.
Təşəbbüs, Aİ-nin Kritik Xammallar Aktı çərçivəsində həyata keçirilir. Bu qanun 2030-cu ilə qədər Aİ-nin xammal ehtiyacının 10%-ni hasil etmək, 40%-ni emal etmək və 25%-ni təkrar emal etməyi qarşısına məqsəd qoyur.
Yeni layihələr Böyük Britaniya, Kanada, Qrenlandiya və Ukrayna kimi ölkələrdə yerləşir və onların ümumi maliyyə dəyəri təxminən 5,5 milyard avro təşkil edir. Bu təşəbbüslə birlikdə Aİ-nin strateji xammal layihələrinin ümumi sayı 60-a çatıb və bu da qlobal təchizat problemləri fonunda İttifaqın dayanıqlığını gücləndirməyə xidmət edir.
ANEWZ
Gülhüseynova Güllər