"Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşına çevrilib"-Elnur Əliyev

Tarix: 16:15 05.06.2025
"Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşına çevrilib".
“İnformator.az” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycan-Çin İqtisadi və Ticarət Əməkdaşlığı Konfransında deyib.
O bildirib ki, Çin-Azərbaycan əlaqələrinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ticarət dövriyyəmizin də genişləndirilməsi üçün geniş imkanlar açır:
"Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşına çevrilib. Belə ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 37% artaraq 1.4 mlrd. ABŞ dollarını üstələyib.
Azərbaycanın ticarət və şərab evləri artıq Çin Xalq Respublikasının Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir. Azərbaycan Ticarət Evi Çinin məşhur e-kommersiya platforması olan "JD"də də aktivdir. Bu mərkəzlər ikitərəfli ticari münasibətlərimizin inkişafına töhfə verirlər".