İsrail qırıcı təyyarələrlə Suriyaya bomba yağdırıb

Tarix: 18:01 04.06.2025
İsrail ordusu, işğal altındakı Qolan Təpələrinə ilk dəfə Suriyadan raket atıldığını iddia edərək, qırıcı təyyarələrlə ölkənin cənubunu bombalayıb. İsrail ordusunun yaydığı açıqlamada "Suriya rejiminin ərazisindəki düşmən fəaliyyətlər davam etdiyi müddətcə, bunun nəticələrinə qatlanmağa davam edəcək" ifadələri yer alıb.
Açıqlamada həmçinin bildirilib: "Suriya rejimi Suriyada baş verənlərə görə məsuliyyət daşıyır və onun ərazisindəki düşmən fəaliyyətlər davam etdiyi müddətcə, bunun nəticələrinə qatlanmağa davam edəcək".
İsrailin müdafiə naziri İsrael Kats isə sosial media platforması X-də yaydığı paylaşımda, Suriyadan edildiyi iddia edilən hücumlarla bağlı Suriya Prezidenti Əhməd Əş-Şaranı günahlandırıb. "Suriya Prezidentini İsrailə qarşı hər cür təhdid və hücumun birbaşa məsuliyyətini daşıyan şəxs kimi görürük" deyən Kats, Suriyanı "tam cavab" verməklə hədələyib.
Haberler.com
Aygün Babayeva