ABŞ və Çin nümayəndələri Londonda görüşəcəklər

Tarix: 22:45 06.06.2025
ABŞ və Çin nümayəndələri ticarət sazişi üzrə danışıqlar aparmaq üçün iyunun 9-da Londonda görüşəcəklər.
“İnformator.az” AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlayıb.
ABŞ tərəfdən görüşdə Xəzinədarlıq katibi Skot Bessent, Ticarət katibi Hovard Lutnik və ABŞ-nin Ticarət Nümayəndəsi Ceymison Qrir iştirak edəcək.
Tramp görüşün müsbət keçəcəyinə inandığını bildirib.