Fermerlər Putindən kömək istəyiblər

Tarix: 18:09 04.06.2025
Rusiyada fermerlər Saratov bölgəsində sayqaların yaratdığı zərərə görə rəsmilərdən kömək istəyiblər. May ayının sonuna olan məlumata görə, Qazaxıstandan Rusiyaya təxminən 500 min sayqanın keçdiyi güman olunur.
Rusiyanın Saratov bölgəsindəki fermerlər Prezident Vladimir Putinə müraciət edərək sayqa “istilasına” qarşı mübarizədə onlara kömək etməsini istəyiblər. Qeyd olunub ki, bir növ antilop olan sayqalar Qazaxıstandan köç edərkən fermerlərin tarlalarına ziyan vurublar.
Telegram hesabları vasitəsilə çağırış edən bir çox fermer bildirib ki, son illərdə sayqaların populyasiyası nəzarətdən çıxacaq dərəcədə artıb və bu heyvanların sayı Rusiyada 1 milyona çatıb.
Volqa çayı boyunca uzanan Saratov, Rusiyanın taxıl istehsalı üzrə ən böyük altıncı bölgəsidir. Fermerlər bildirib ki, may ayının sonuna olan məlumata görə, Qazaxıstandan Rusiyaya təxminən 500 min sayqa keçib, minlərlə heyvan çaylarda boğulub və su təchizatını çirkləndirib.
Fermerlər verdikləri açıqlamada deyiblər: “Bölgəmizdə kənd təsərrüfatının mövcudluğunu təhdid edən bu vəziyyəti həll etmək üçün anlayış və yardımınızı ümid edirik”. 1990-cı illərdə nəsli tükənməkdə olan sayqaların öldürülməsi və ya ovlanması Rusiyada qadağandır.
Bölgənin qabaqcıl təsərrüfatlarının rəhbərləri tərəfindən Prezident Putinə ünvanlanan və Reuters-ə çatdırılan ayrı bir məktubda da, sayqaların “kənd təsərrüfatına zərər verən” olaraq təsnif edilməməsi səbəbindən, bu heyvanlar nəticəsində məhsullarda yaranan itki və zərərin sığorta tərəfindən qarşılanmadığına diqqət çəkilib.
TRT XƏBƏR
Lalə Qurbanlı