Türkiyə terrorla mübarizədə NATO müttəfiqlərindən kömək istəyib

Tarix: 18:55 04.06.2025
Türkiyə terrorla mübarizədə NATO müttəfiqlərindən kömək istəyib.
"İnformator.az" xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Türkiyənin NATO nəzdində xidmət edən şəxsi heyətinə Qurban bayramı münasibətilə təbrikində deyib.
O bildirib ki, üzv ölkələr nə qədər güclü olsa, təşkilat da bir o qədər güclü olar: “Bu baxımdan alyansın güclənməsi nə qədər mühümdürsə, müttəfiqlərin birlik, həmrəylik ruhuna uyğun hərəkət etmələri də bir o qədər zəruridir. Bir çox terror təşkilatı ilə uğurla mübarizə aparan ölkəmizin səylərinə müttəfiqlərin də dəstək verməsi vacibdir”.
Nazir qeyd edib ki, Türkiyə NATO-nun təhlükəsizlik siyasəti və strateji hədəfləri istiqamətində regional və qlobal təhlükəsizlik, sülh və sabitliyə töhfə verməyə davam edəcək.